Ronaldo oynadı - “Əl-Nəsr” kubokla vidalaşdı

Ronaldo oynadı - “Əl-Nəsr” kubokla vidalaşdı

Kriştiano Ronaldu Asiya Çempionlar Liqasını qazanmaq arzusu bir il təxirə düşüb.

QELEBE.AZ xəbər verir ki, portuqaliyalı ulduzun çıxış etdiyi "Əl-Nəsr" turnirin yarımfinalında mübarizəni dayandırıb.

Ronaldunun komandası öz meydanında "Kavazaki Frontale"yə (Yaponiya) 2:3 hesabı ilə uduzub. 90 dəqiqə meydanda olan Kriştiano komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, Asiya Çempionlar Liqasının finalında "Kavazaki Frontale" "Əl-Əhli" (Səudiyyə) ilə qarşılaşacaq.