İngiltərə Premyer Liqası: “Mançester Siti” 3-cü pilləyə yüksəlib

İngiltərə Premyer Liqası: “Mançester Siti” 3-cü pilləyə yüksəlib

İngiltərə Premyer Liqasının 35-ci turunda “Mançester Siti” “Vulverhempton”u qəbul edib.

“Report” xəbər verir ki, baş hakim Piter Benksin idarə etdiyi matç “Siti of Mançester Stedium”da baş tutub.

Kəsərli hücumlarla fərqlənməyən matçda cəmi bir qol vurulub: 35-ci dəqiqədə “şəhərlilər”in belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne yerlisi Ceremi Dokunun ötürməsindən maksimum yararlanıb – 1:0. Oyunun qalan hissəsi isə Xosep Qvardiolanın yetirmələrinin nəzarəti altında keçib.

Beləliklə, “Mançester Siti” mövsümün bitməsinə üç həftə qalmış turnir cədvəlində üçüncü pilləyə yüksələrək Çempionlar Liqasına vəsiqə qazandıran ilk beşlikdəki yerini bərkidib. “Siti”nin ən yaxın təqibçiləri ehtiyatlarında bir oyun olan “Nyukasl” (62 xal), “Çelsi” (60) və “Nottinhem Forest”dir (60). Eyni zamanda, “şəhərlilər”i “Arsenal”dan (ehtiyatında bir oyun var) cəmi üç xal ayırır. Turnir cədvəlinin lideri isə “Liverpul”dur. “Qırmızılar” hələ ötən tur çempionluqlarını rəsmiləşdiriblər.

Xatırladaq ki, növbəti mövsüm İngiltərə Premyer Liqasının azı beş komandası Çempionlar Liqasına (ÇL) vəsiqə qazanacaq. Belə ki, “Arsenal”ın Londonda “Real” üzərində ÇL-in 1/4 final mərhələsinin ilk oyununda qazandığı 3:0 hesablı qələbədən sonra İngiltərənin növbəti mövsüm bu turnirdə minimum beş komanda ilə təmsil olunması təmin edilib. Bundan başqa, Avropa Liqasının finalının biraddımlığında olan “Mançester Yunayted” və “Tottenhem”in bu turnirdəki qalibiyyəti də İngiltərə komandanları üçün əlavə bir yer açacaq.

Futbol
"Qarabağ" və "Neftçi" azarkeşlərə görə cərimələnib

"Qarabağ" və "Neftçi" azarkeşlərə görə cərimələnib

Futbol
Ronaldu ABŞ klubundan imtina edib

Ronaldu ABŞ klubundan imtina edib

Futbol
PSJ-nin müdafiəçisi "Yuventus"a keçə bilər

PSJ-nin müdafiəçisi "Yuventus"a keçə bilər

Futbol
“Qarabağ”ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq

“Qarabağ”ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq

Futbol
Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Futbol
Qurban Qurbanov: "Möhtəşəm il keçirdik"

Qurban Qurbanov: "Möhtəşəm il keçirdik"

Futbol
Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

Futbol
Messi PSJ-nin 3 oyununu buraxacaq

Messi PSJ-nin 3 oyununu buraxacaq

Futbol
"Qəbələ" son dəqiqə qolu ilə "Səbail"ə qalib gəlib

"Qəbələ" son dəqiqə qolu ilə "Səbail"ə qalib gəlib

Futbol
Bu il beynəlxalq matçlarda ən çox qol vuran futbolçular

Bu il beynəlxalq matçlarda ən çox qol vuran futbolçular

Futbol
Emin Kürdov: "Yunanlarla görüşə maksimum dərəcədə yaxşı hazırlaşacağıq"

Emin Kürdov: "Yunanlarla görüşə maksimum dərəcədə yaxşı hazırlaşacağıq"