Azərbaycan çempionatlarında komandaların səviyyəsinə görə liqalara bölünməsi təklif edilib

Azərbaycan çempionatlarında komandaların səviyyəsinə görə liqalara bölünməsi təklif edilib

Aşağı yaş qruplarından ibarət Azərbaycan çempionatlarında komandaların səviyyəsinə görə liqalara bölünməsi təklif edilib.

Bu barədə "Report"a açıqlamasında "Neftçi" Futbol Akademiyasının direktoru Cemal Bülbül bildirib.

Bu təklif AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları ilə görüş zamanı irəli sürülüb:

"Turnirlərin keyfiyyətli şəkildə təşkil olunmasını istəyirik. Bəzən elə oyunlar olur ki, 20:0 hesabı ilə başa çatır. Təəssüf ki, oyunçu bu görüşdə inkişaf baxımından heç nə qazanmır. Komandaları turnir cədvəlində mövqeyinə əsasən A, B və C Liqasına bölmək olar. Bərabər səviyyəli kollevtivlərin bir-biri ilə daha çox oyun keçirməsi məqsədəuyğun olar".

C.Bülbül aşağı yaş qruplarındakı futbolçuların klub dəyişməsində də bəzi məsələlərin tənzimlənməli olduğunu diqqətə çatdırıb:

"Məsələn, oyunçu başqa kluba getmək istəyirsə, çox cüzi məbləğ ödənilir. Amma digər xarici ölkələrdə, Türkiyədə elə deyil. Ciddi maliyyə öhdəliyi olmalıdır. Bu məbləğin artırılmasını da xahiş etdik. Oyunçu başqa kluba gedəcəksə, bilməlidir ki, onu böyütmək baha başa gəlir. Məbləğ artırılacağı təqdirdə, futbolçu sərbəst hərəkət edə bilməyəcək. Bu da klubların əlini daha da gücləndirəcək".

Qeyd edək ki, bir neçə gün öncə aşağı yaş qrupları üzrə liqalarda çıxış edən komandaların akademiyalarının texniki direktor və koordinatorları ilə AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları arasında görüş keçirilib.

Futbol
UEFA reytinqi: "Qarabağ" növbəti dəfə Azərbaycanın xal ehtiyatını artırıb

UEFA reytinqi: "Qarabağ" növbəti dəfə Azərbaycanın xal ehtiyatını artırıb

Futbol
Dünyada ilin məşqçisi açıqlanıb

Dünyada ilin məşqçisi açıqlanıb

Futbol
İngiltərə Premyer Liqasında VAR hakimlərinin 6 səhvi aşkarlanıb

İngiltərə Premyer Liqasında VAR hakimlərinin 6 səhvi aşkarlanıb

Futbol
UEFA “Qarabağ”ın müraciətinə cavab verib

UEFA “Qarabağ”ın müraciətinə cavab verib

Futbol
Mançester derbisində 9 qol vurulub

Mançester derbisində 9 qol vurulub

Futbol
La Liqa: "Barselona" "Valensiya"nı məğlub edib

La Liqa: "Barselona" "Valensiya"nı məğlub edib

Futbol
DÇ: İngiltərə Fransaya məğlub olaraq mundialla vidalaşıb

DÇ: İngiltərə Fransaya məğlub olaraq mundialla vidalaşıb

Futbol
Tərlan Əhmədov: "İstərdik ki, "Kəpəz" öz meydanında oynasın"

Tərlan Əhmədov: "İstərdik ki, "Kəpəz" öz meydanında oynasın"

Futbol
Qurban Qurbanov: “Yorğunluq beyinə də təsir edir”

Qurban Qurbanov: “Yorğunluq beyinə də təsir edir”

Futbol
"Sürix" klubunun yeni baş məşqçisi bəlli olub

"Sürix" klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq