Monteneqrolu yarımmüdafiəçi: "Azərbaycan çempionatında çatışmayan cəhət azarkeşin az gəlməsidir"
“Mənə elə gəlir ki, Azərbaycan çempionatında çatışmayan yeganə cəhət oyunlara azarkeşlərin az gəlməsidir”.
Bunu “QELEBE.AZ”a müsahibəsində “Qarabağ”ın futbolçusu Marko Yankoviç Azərbaycan Premyer Liqasının oyunlarına azarkeş marağının az olması ilə bağlı danışarkən deyib.
Monteneqro millisinin 27 yaşlı oyunçusu “Qarabağ”ın matçlarında tribunaların dolmasını arzulayır: “Futbol azarkeşsiz heç nədir. Xüsusən də, yerli çempionatda “Qarabağ”ın matçlarına daha çox azarkeşin gəlməsini istərdim. Çünki “Qarabağ” həm ümumi klub olaraq, həm də rəhbərlik, məşqçi və futbolçu səviyyəsində ölkədə futbolun populyarlaşması üçün çox iş görür. Stadionda daha çox azarkeş görmək xoş olardı”.
Marko Yankoviçin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

https://mail.qalaba.az//uploads/photo/monteneqrolu-yarimmudafiechi-azerbaycan-chempionatinda-chatishmayan-cehet-azarkeshin-az-gelmesidir.webp











