"Baku Open-2025" Beynəlxalq Şahmat Festivalının medalçıları mükafatlandırılıb
"Baku Open-2025" Beynəlxalq Şahmat Festivalının medalçıları mükafatlandırılıb.
"QELEBE.AZ" xəbər verir ki, qaliblərə medal, kubok, pul mükafatı və sertifikat təqdim olunub.
Müxtəlif yaş kateqoriyaları üzrə iştirakçılara mükafatları Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və digər rəsmi şəxslər təqdim ediblər.
Xatırladaq ki, festivalın mükafat fondu 55 min ABŞ dolları təşkil edib. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı mübarizə aparıb. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilib.

https://mail.qalaba.az//uploads/photo/baku-open-2025-beynelxalq-shahmat-festivalinin-medalchilari-mukafatlandirilib.webp











