Ranyeri mövsümün ən yaxşısı seçildi
İtaliya A Seriyasında ayın ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, "Roma"nın təcrübəli mütəxəssisi Klaudio Ranyeri azarkeşlər tərəfindən İtaliya A Seriyasında mövsümün ən yaxşı baş məşqçisi seçilib.
73 yaşlı mütəxəssis "Napoli"nin baş məşqçisi Antonio Konteni qabaqlayaraq 58% səs toplayıb.
Mükafat baş məşqçiyə iyunun əvvəlində təqdim olunacaq.
Qeyd edək ki, “Roma” A Seriyasında 35 oyundan sonra 63 xalla turnir cədvəlinin beşinci sırasında qərarlaşıb.

https://mail.qalaba.az//uploads/photo/ranyeri-movsumun-en-yaxshisi-sechildi.webp