“Qarabağ”ın kubok qaldıracağı oyunun biletləri satışa çıxarılıb

“Qarabağ”ın kubok qaldıracağı oyunun biletləri satışa çıxarılıb

“Qarabağ”ın Azərbaycan Premyer Liqasının XXXV turunda “Kəpəz”ə qarşı keçirəcəyi oyunun biletləri satışa çıxarılıb.

QELEBE.AZ xəbər verir ki, satış bu gün saat 12:00-dan etibarən başlayıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

“Qarabağ” Premyer Liqada çempionluğu təmin edib. “Atlılar” bu görüşdən sonra kuboka qovuşacaq.

Mayın 18-də keçiriləcək oyuna saat 19:00-da start veriləcək.