"Fənərbaxça" Osimhen üçün "Napoli"yə təklif göndərib

"Fənərbaxça" Osimhen üçün "Napoli"yə təklif göndərib

"Qalatasaray" da daxil olmaqla bir çox komandanın heyətinə qatmaq istədiyi Viktor Osimhen "Fənərbaxça"nın da radarına düşüb.

Apasport.az xarici mətbuata istinadla xəbər verir ki, "sarı-lacivərdlilər" agentləri vasitəsilə İtaliya klubu ilə əlaqə yaradıblar.

"Fənərbaxça" "Napoli"yə Osimhenin müqaviləsində yer alan 75 milyon avroluq sərbəst qalma haqqını ödəməyə hazır olduqlarını bildirib.

Həmçinin "sarı-lacivərdlilər" Osimhenə  "Qalatasaray"ın təklif etdiyindən daha yüksək məbləğ vəd ediblər.     

Nigeriyalının hazırda icarə əsasında çıxış etdiyi "Qalatasaray" da  "Napoli" ilə əlaqə saxlayıb və Osimhenin sərbəst qalma müddəasını 3 il ərzində ödəməyi təklif edib.  

Qeyd edək ki, bu mövsüm bütün yarışlarda 38 matçda iştirak edən Viktor Osimhen 33 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.