Müller karyerasını ABŞ-də davam etdirə bilər
Almaniyalı yarımmüdafiəçi Tomas Müller karyerasını MLS-də davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 35 yaşlı futbolçu ilə "Los-Anceles" maraqlanır.
Bu, daha əvvəl mövsümün sonunda "Bavariya"dan ayrılacağını rəsmən elan edən almaniyalı üçün variantlardan biridir.
İddialara görə, Müller hələlik adları açıqlanmayan 2 Avropa komandasından da təklif alıb.
Qeyd edək ki, Tomas bu mövsüm "Bavariya"nın heyətində 43 matçda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

https://mail.qalaba.az//uploads/photo/muller-karyerasini-absh-de-davam-etdire-biler.webp