“Qəbələ” rəsmisi: "Hazırda bir neçə futbolçu ilə danışıqlar aparırıq"

“Qəbələ” rəsmisi: "Hazırda bir neçə futbolçu ilə danışıqlar aparırıq"

Azərbaycanın I Liqasında çempionluğu rəsmiləşdirən “Qəbələ” yeni mövsümlə bağlı bir sıra futbolçularla danışıqlara başlayıb.

Bu barədə “Report”a bölgə təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı məlumat verib.

O, bəzi futbolçularla danışıqlar aparıldığını deyib:

“Yeni mövsümlə bağlı konkret qərarlar qəbul olunmayıb. Bununla belə, hazırda bir neçə futbolçu ilə danışıqlar aparırıq. Yəqin ki, komandanı tərk edəcək futbolçular olacaq. Növbəti çempionatın başlama tarixi hələ bilinmir. Hazırda davam edən mövsüm bitdikdən sonra komandanı istirahətə buraxacağıq”.

S.Səfiyarlı çempionluq münasibətilə keçiriləcək mükafatlandırma mərasimindən əvvəl heç bir proqram nəzərdə tutulmadığını bildirib:

“Sadəcə, Peşəkar Futbol Liqasından komandanın mükafatlandırılacağı bildirilib. Oyundan sonra adi qaydada mükafatlar veriləcək. Mövsümün sonu olduğu üçün kiçik tədbir keçirəcəyik. Gündüz saatlarında isə yeni sponsorla müqavilə imzalanacaq”.

Qeyd edək ki, 61 xalla turnir cədvəlinə başçılıq edən "Qəbələ" XXVI turda, mayın 15-də doğma meydanda "Zaqatala"nı qəbul edəcək.

Futbol
“Sabah”ın baş məşqçisi: "Parlaq oyunun şahidi olduq"

“Sabah”ın baş məşqçisi: "Parlaq oyunun şahidi olduq"

Futbol
“Real”da əcnəbi futbolçu qalmayıb

“Real”da əcnəbi futbolçu qalmayıb

Futbol
FIFA prezidenti transfer bazarında dəyişiklikləri açıqlayıb

FIFA prezidenti transfer bazarında dəyişiklikləri açıqlayıb

Futbol
Azərbaycanda mövsümün ilk yarısında ən çox oyun idarə etmiş futbol hakimləri - ARAŞDIRMA

Azərbaycanda mövsümün ilk yarısında ən çox oyun idarə etmiş futbol hakimləri - ARAŞDIRMA

Futbol
Neymar həbs oluna bilər

Neymar həbs oluna bilər

Futbol
Antalya toplanışı: "Sabah" və "Səbail"dən heç-heçə, "Sumqayıt" qələbə qazanıb

Antalya toplanışı: "Sabah" və "Səbail"dən heç-heçə, "Sumqayıt" qələbə qazanıb

Futbol
“Turan Tovuz” qış toplanışını Türkiyədə keçirəcək

“Turan Tovuz” qış toplanışını Türkiyədə keçirəcək

Futbol
Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Futbol
"Qarabağ"ın oyun gününün dəyişdirilmə səbəbi açıqlanıb

"Qarabağ"ın oyun gününün dəyişdirilmə səbəbi açıqlanıb

Futbol
Roman Teryuşkov: "Ximki" Qurban Qurbanovla əlaqə saxlamayıb"

Roman Teryuşkov: "Ximki" Qurban Qurbanovla əlaqə saxlamayıb"

Futbol
Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

Futbol
FIFA Argentina Futbol Assosiasiyasına qarşı iş açıb

FIFA Argentina Futbol Assosiasiyasına qarşı iş açıb