Millimizin heyəti bəlli olub

Millimizin heyəti bəlli olub

Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin heyəti bəlli olub.

Apasport.az xəbər verir ki, Dünya kubokunun Bakıda keçiriləcək seçmə mərhələsində yığmamızda 4 basketbolçu yer alacaq.

Heyətə Orxan Aydın, Amil Həmzəyev, Nəzər Quliyev və Kamran Məmmədov cəlb olunublar. Yığmamıza Zaur Paşayev başçılıq edəcək.

Qeyd edək ki, millimiz Kanada və Böyük Britaniya ilə B qrupunda mübarizə aparacaq. Yığmamız mayın 24-də saat 19:15-də Şimali Amerika, ertəsi gün saat 20:55-də Avropa təmsilçisi ilə qarşılaşacaq.