“Şamaxı” – “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal dəyişdirilib
Misli Premyer Liqasının 35-ci turu çərçivəsində keçiriləcək “Şamaxı” – “Araz-Naxçıvan” oyunu "İdman TV" vasitəsilə canlı yayımlanacaq.
QELEBE.AZ xəbər verir ki, bu barədə "Araz-Naxçıvan" klubu məlumat yayıb.
Bildirilib ki, PFL bu görüşün yayım hüququnu "İdman TV"-yə verib. Mayın 17-də Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.
"CBC Sport" həmin gün eyni saatda start götürəcək "Zirə" - "Sabah" və "Sumqayıt" – "Turan Tovuz" oyunlarını canlı yayımlayacaq. Bu səbəbdən “Şamaxı” – “Araz-Naxçıvan” matçı İdman TV-də nümayiş olunacaq.

https://mail.qalaba.az//uploads/photo/shamaxi-araz-naxchivan-oyununu-yayimlayacaq-kanal-deyishdirilib.webp