Orxan Məmmədov: "Bakıda keçiriləcək dünya çempionatının qalibi olmaq istəyirik"

Orxan Məmmədov: "Bakıda keçiriləcək dünya çempionatının qalibi olmaq istəyirik"

Azərbaycan minifutbol yığmasının Bakıda keçiriləcək dünya çempionatında hədəfi qızıl medal qazanmaq olacaq.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov bildirib.

O, yarış üçün təşkil olunan “Fan Zona”da vətəndaşların asudə vaxtlarını keçirə biləcəklərini söyləyib:

"Bu, turnirə marağı daha da artıracaq. Milli Gimnastika Arenasında son işlər görülür. Bir neçə günə tam hazır olacaq. Hesab edirik ki, mayın 19-da futbol əfsanələri arasında baş tutacaq matç da azarkeşlər tərəfindən rəğbətlə qarşılanacaq. Futbol ictimaiyyəti həmin görüşü çox istəyir".

AMF prezidenti yığmanın hazırlığına da toxunub:

"Milli komanda da hazırlığı davam etdirir. Daha əvvəl beynəlxalq turnirdə iştirak etmişik. Dünya çempionatından əvvəl son oyunumuzu Birləşmiş Ərəb Əmirliklərinin komandasına qarşı keçirəcəyik. Turnir Bakıda keçirildiyi üçün azarkeşlərin gözləntisi böyükdür. Rəhbərlik olaraq bizim də gözləntilərimiz belədir. Yarışın qalibi olmaq istəyirik. Bunu da məqsəd kimi qoymuşuq. Amma bu, dünya çempionatıdır. Rəqabət böyükdür. Düşünürəm ki, "3-lüy"ə düşmək bizim üçün böyük uğur sayılacaq".

Qeyd edək ki, dünya çempionatı 21 may - 1 iyun aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.

Futbol
2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd seçilib

2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd seçilib

Futbol
"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

Futbol
Avropa Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Avropa Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Futbol
Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Futbol
Avropa Liqası: "Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarılıb

Avropa Liqası: "Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarılıb

Futbol
"Araz-Naxçıvan"ın baş məqşçisi: "Ən yaxşı oyunumuzu keçirdik"

"Araz-Naxçıvan"ın baş məqşçisi: "Ən yaxşı oyunumuzu keçirdik"

Futbol
Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək

Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək

Futbol
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb

Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb

Futbol
“Qəbələ”nin futbolçusu: “Milliyə niyə çağırılmamağım özümə də maraqlıdır”

“Qəbələ”nin futbolçusu: “Milliyə niyə çağırılmamağım özümə də maraqlıdır”

Futbol
“Real” 16 yaşlı braziliyalı alır

“Real” 16 yaşlı braziliyalı alır

Futbol
Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
İlin ən yaxşı komandası müəyyənləşib

İlin ən yaxşı komandası müəyyənləşib