Millətlər Liqası: "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb
UEFA Millətlər Liqasında "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb.
"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, tədbir 2023-cü il yanvarın 25-də İsveçrənin Nyon şəhərində keçiriləcək. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Püşkdə A Liqasında öz qruplarını ilk pillədə bitirən Xorvatiya, İtaliya, Niderland və İspaniya yığmaları iştirak edəcək.
Qeyd edək ki, "Dördlər finalı" gələn il 14 - 18 iyunda Niderlandın Rotterdam və Ensxede şəhərlərində təşkil olunacaq. İyunun 14-ü və 15-də yarımfinal matçları, 18-də isə final görüşü baş tutacaq.

https://mail.qalaba.az//uploads/photo/milletler-liqasi-dordler-finalinin-pushkatma-merasiminin-vaxti-achiqlanib.webp











