"Sabah" Rusiyada keçirilən beynəlxalq turnirdə ikinci oldu
Rusiyanın Kazan şəhərində keçirilən "East Cup Kazan" beynəlxalq futbol turnirinə yekun vurulub.
QELEBE.AZ xəbər verir ki, "Sabah"ın U-10 komandası turnirin həlledici oyununda Rusiyanın "Rubin" (Kazan) komandası ilə qarşılaşıb.
Matç rəqibin 4:3 hesablı qələbəsi ilə nəticələnib. Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi "Sabah" turniri ikinci pillədə başa vurub. "Sabah"ın futbolçusu Muronur Əlili yarışın ən yaxşı futbolçusu seçilib.

https://mail.qalaba.az//uploads/photo/quotsabahquot-rusiyada-kechirilen-beynelxalq-turnirde-ikinci-oldu.webp