Azərbaycan güləşçisi Rusiyada keçirilən turnirdə bürünc medal qazanıb
Azərbaycan güləşçisi Musa Ağayev Rusiyanın Kaspiysk şəhərində keçirilən sərbəst güləş üzrə 5 qat dünya çempionu Əli Əliyevin xatirə turnirində bürünc medal qazanıb.
Bu barədə "QELEBE.AZ"a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
55-ci dəfə keçirilən memorialda bu gün 57, 65, 74, 86 və 97 kq-da medalçılar müəyyənləşib.
Musa Ağayev 65 kq çəki dərəcəsində üçüncü yeri tutub.
Sabah 61, 70, 79, 92 və 125 kq-da qaliblərin adlarına aydınlıq gələcək.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-guleshchisi-rusiyada-kechirilen-turnirde-burunc-medal-qazanib.webp











