Azərbaycan-Macarıstan oyununun biletləri satışa çıxarılıb
Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.
QELEBE.AZ xəbər verir ki, biletlər azarkeşlər üçün üç qiymətə təklif olunur.
1-ci kateqoriya 5, 2-ci kateqoriya 2, VİP biletlər 10 manata satışa çıxarılıb.
Qarşılaşmanı izləmək istəyənlər biletləri iTicket.az satış məntəqələrindən əldə edə bilərlər.
Qeyd edək ki, görüş iyunun 10-da, saat 20:00-da “Liv Bona Dea Arena”da baş tutacaq.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-macaristan-oyununun-biletleri-satisha-chixarilib.webp











