Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ikinci gün arxada qalıb
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ikinci gün arxada qalıb.
"QELEBE.AZ"un məlumatına görə, baş tutan 8 matçdan sonra mundialda qrup mərhələsinin I turunun oyunlarına yekun vurulub.
E qrupunda İndoneziya Kosta Rika seçməsinə minimal hesabla qalib gələrək liderliyi ələ keçirib. Bu qrupun digər oyununda Tailand Monteneqro ilə heç-heçəyə razılaşıb - 1:1.
Polşa Qazaxıstanı 2:1, Bosniya və Herseqovina isə ABŞ-ni 4:2 hesabı ilə üstələyərək F qrupuna qələbə ilə başlayıblar.
Dünya çempionatına qələbə ilə start verən yığmalardan biri Çexiya seçməsi olub. Yığma Argentinanı 2:1 hesabı ilə məğlub edib. Gürcüstan komandası isə BƏƏ millisindən güclü olub - 2:0. Avropa təmsilçiləri G qrupunda 3 xala malikdirlər.
H qrupunda isə İspaniya Qanaya (3:0), Serbiya isə İsrailə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, sabah komandalar qrup mərhələsindı II turun görüşlərinə start verəcəklər. Mundiala iyunun 1-də yekun vurulacaq.

https://mail.qalaba.az//uploads/photo/bakida-kechirilen-minifutbol-uzre-dunya-chempionatinda-ikinci-gun-arxada-qalib.webp











