“Atletiko” ispaniyalı yarımmüdafiəçi ilə müqavilə yeniləyib - RƏSMİ
"Atletiko Madrid" futbolçusu Pablo Barriosla müqavilə müddətini uzadıb.
QELEBE.AZ xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin 2028-ci il yayında bitəcək sözləşməsi daha iki mövsümlük artırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ispaniyalı oyunçu bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 1 qol, 4 assistlə yadda qalıb.

https://mail.qalaba.az//uploads/photo/atletiko-ispaniyali-yarimmudafiechi-ile-muqavile-yenileyib-resmi.webp