Almaniyalı futbolçu “Liverpul”a keçməyə yaxındır

Almaniyalı futbolçu “Liverpul”a keçməyə yaxındır

Almaniyanın “Bayer 04” klubunun futbolçusu Florian Virts “Liverpul”a keçməyə yaxındır.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə futbol insayderləri məlumat yayıb.

Belə ki, “The Athletic” üçün yazan Devid Ornsteyn “Bavariya”nın Florian Virtsin, cari komandasını tərk edəcəyi təqdirdə, “Enfild”də oynayacağına inandığını bildirib:

“Liverpul” Florian Virtsi əldə etmək cəhdlərində əhəmiyyətli impuls alıb, “Bavariya” isə hesab edir ki, plеymеykеr onlara qoşulmayacaq və o, bu yay “Bayer 04”ü tərk edərsə, “Enfild”ə getməyə hazırlaşacaq. Hər iki klub Virtsi istəyir, lakin hesab edilir ki, o, “Liverpul”a üstünlük verir”.

Onun sözlərinə görə, 22 yaşlı futbolçu artıq ev axtarmaq üçün İngiltərənin şimal-qərbini ziyarət edib.

Fabritsio Romano isə “qırmızılar”ın Virtslə müqavilə bağlaya biləcəklərinə əmin olduqlarını qeyd edib. Onun sözlərinə görə, “yekun yaşıl işıq” üçün danışıqlar davam edir:

“Liverpul” “Bavariya” ilə "alman mirvarisi" uğrunda mübarizədə favoritdir”.

Bundan başqa, o əlavə edib ki, Mersisayd təmsilçisi hücumameyilli yarımmüdafiəçi üçün rəsmi müraciət də edib:

“Oyunçudan ilkin razılıq aldıqdan sonra “Liverpul” və “Bayer 04” transfer məbləği/paketi üzərində danışıqlar aparırlar. “Liverpul” sürprizlərdən qaçmaq üçün sövdələşmənin tezliklə həyata keçirilməsini istəyir, uzun çəkməsini istəmir”.

Qeyd edək ki, daha əvvəl Florian Virts “Mançester Siti” və “Real”ın 'radar"ında olmuşdu.

Futbol
Kenni Sayef: “Gent” “Qarabağ”la oyunda favoritdir”

Kenni Sayef: “Gent” “Qarabağ”la oyunda favoritdir”

Futbol
İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

Futbol
Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib

Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib

Futbol
Almaniyalı futbolçu: “Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Almaniyalı futbolçu: “Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Futbol
Azərbaycan Premyer Liqası: FIFA referisi "Neftçi"nin oyununa təyinat alıb

Azərbaycan Premyer Liqası: FIFA referisi "Neftçi"nin oyununa təyinat alıb

Futbol
İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

Futbol
UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

Futbol
“Olimpiakos” – “Qarabağ” matçından əvvəl bir dəqiqəlik sükut olacaq

“Olimpiakos” – “Qarabağ” matçından əvvəl bir dəqiqəlik sükut olacaq

Futbol
Beyl məktəblərdə dərs əvəzinə bugünkü matçın göstərilməsini istəyir

Beyl məktəblərdə dərs əvəzinə bugünkü matçın göstərilməsini istəyir

Futbol
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Futbol
Niderland millisinin futbolçusu "Barselona"da qalmağa qərar verib

Niderland millisinin futbolçusu "Barselona"da qalmağa qərar verib

Futbol
“Sabah”ın qış hazırlıq planı açıqlanıb

“Sabah”ın qış hazırlıq planı açıqlanıb