Vurğun Hüseynov: “Azarkeşlərimiz gələcəkdə daha yaxşı "Sumqayıt" görəcəklər"
"Sumqayıt" Misli Premyer Liqasının XXXVI turunda səfərdə "Səbail"i 4:1 hesabı ilə məğlub edib.
QELEBE.AZ xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Vurğun Hüseynov oyundan sonra keçirilən mətbuat konfransın jurnalistlərin suallarını cavablandırıb:
"Oyun barədə danışılası çox şey yoxdur. Futbolçular qısa müddətdə toparlandılar və meydana çıxıb qələbə qazandılar. Onlara təşəkkür edirəm. Bu 3 xal bizim üçün vacib idi. Ən azından bir pillə yuxarı qalxmaq şansımız var idi. Enişli-yoxuşlu nəticələrə görə azarkeşlərimizdən üzr istəyirik. Çünki bu nəticələr Sumqayıt şəhərinə, şəhərin tək komandasına yaraşmır. Azarkeşlərimiz gələcəkdə daha yaxşı "Sumqayıt" görəcəklər".
- Sizi yeni baş məşqçinin korpusunda görəcəyik?
- Bu barədə mənə heç nə deyilməyib. Gələcəkdə nələrin olacağını görəcəyik.

https://mail.qalaba.az//uploads/photo/vurgun-huseynov-azarkeshlerimiz-gelecekde-daha-yaxshi-quotsumqayitquot-goreceklerquot.webp