“Forest” “Mançester Yunayted”in sabiq futbolçusunu stadiona buraxmayacaq

“Forest” “Mançester Yunayted”in sabiq futbolçusunu stadiona buraxmayacaq

“Nottinhem Forest” “Sky Sports”un mütəxəssisi Qari Nevillə İngiltərə Premyer Liqasının sonuncu – 38-ci turunda“Siti Qraund”u ziyarət edərək şərh etməyi yasaqlayıb.

“Report” xəbər verir ki, bu barədə keçmiş futbolçu instaqramda yazıb.

Qari Nevill bildirib ki, bazar günü “Nottinhem Forest” – “Çelsi” matçını şərh edə bilməyəcək, çünki “meşəçilər” ona akkreditasiya verməkdən imtina edib. Nevillin sözlərinə görə, bu barədə onu “Sky Sports” məlumatlandırıb: “Mənə bildirilib ki, “Forest” məni şərhçi kimi stadiona buraxmayacaq. Yayımda iştirak etməkdən imtina etməkdən başqa seçimim qalmadı”.

“BBC Sport”a görə, insidentin Nevillin “Forest”in sahibi Evangelos Marinakisə qarşı tənqidi ilə əlaqəsi var. Ayın əvvəlində o, Marinakisin “Lester”lə matçdan sonra meydana çıxaraq komandanın baş məşqçisi Nunu Santu ilə emosional söhbət etməsini “qalmaqal” adlandırmışdı. Nevill o zaman sosial şəbəkədə yazmışdı: “Nunu artıq bu gecə onunla [klubu] tərk etməyi müzakirə etməlidir. Azarkeşlər, oyunçular və məşqçi belə münasibətə layiq deyillər”.

Klub sonradan ittihamları rədd edərək bildirib ki, bu, “qarşıdurma” deyil, hücumçu Tayvo Avoninin zədələndikdən sonra oyuna davam etməsi və nəticədə təcili əməliyyata ehtiyac duyması ilə bağlı narazılığın ifadəsi idi.

“14 illik peşəkar karyeramda mən bir çoxlarını tənqid etmişəm və tərifləmişəm, lakin belə qadağa ilə ilk dəfə qarşılaşıram. Bəli, klubun kimi buraxmaq barədə qərar vermək hüququ var, lakin bu, son bir ildə klubda işlərin ümumi vəziyyətini əks etdirir”, – Nevill deyib.

Ekspert əlavə edib ki, klubun qərarından məyusdur: “Şəxsən mən təəssüf edirəm ki, “Nottinhem Forest” kimi böyük bir klub belə qərarlar qəbul etmək səviyyəsinə enib. Məşqçilər heyətinə, oyunçulara və azarkeşlərə Çempionlar Liqası uğrunda mübarizədə uğurlar arzulayıram”.

Premyer Liqa akkreditasiyanın klubun daxili məsələsi olduğunu açıqlayıb.

Xatırladaq ki, cədvəldə yeddinci yeri tutan “Forest”, “Çelsi”ni məğlub edərsə və digər nəticələr onun üçün uğurlu olarsa, Çempionlar Liqasına düşmək şansını qoruyur.

Qeyd edək ki, Qeri Nevill “Mançester Yunayted” və İngiltərə millisinin keçmiş müdafiəçisidir. Karyerasını başa vurduqdan sonra “Sky Sports”da populyar futbol eksperti olub və qısa müddət “Valensiya”nı çalışdırıb.

Futbol
"Qarabağ"ın rəqibi evdə inamlı qələbə qazanıb

"Qarabağ"ın rəqibi evdə inamlı qələbə qazanıb

Futbol
Banişevskinin həyat yoldaşı: "Toyumuzu Böyük Britaniya kraliçası təbrik etmişdi"

Banişevskinin həyat yoldaşı: "Toyumuzu Böyük Britaniya kraliçası təbrik etmişdi"

Futbol
Azərbaycanın 2023-cü il üçün FIFA referilərinin sayı bəlli olub

Azərbaycanın 2023-cü il üçün FIFA referilərinin sayı bəlli olub

Futbol
Avropa Liqası: Pley-offun növbəti iştirakçıları bəlli olub

Avropa Liqası: Pley-offun növbəti iştirakçıları bəlli olub

Futbol
"Nant"ın futbolçusu: "Qarabağ" çox yaxşı komandadır"

"Nant"ın futbolçusu: "Qarabağ" çox yaxşı komandadır"

Futbol
Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
“Səbail”in futbolçusu: “Argentina – Fransa finalı izləyəcəyik”

“Səbail”in futbolçusu: “Argentina – Fransa finalı izləyəcəyik”

Futbol
Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Futbol
İspaniya millisində qalmaqal: 15 futbolçu yığmadan imtina edir

İspaniya millisində qalmaqal: 15 futbolçu yığmadan imtina edir

Futbol
"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

Futbol
Azərbaycan Premyer Liqası: İkinci dövrə heç-heçə ilə başlayıb

Azərbaycan Premyer Liqası: İkinci dövrə heç-heçə ilə başlayıb

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq

Benzema “Sevilya” ilə oyunu buraxacaq