Azərbaycan kubokunun sahibi müəyyənləşdi

Azərbaycan kubokunun sahibi müəyyənləşdi

Kişi həndbolçuların Azərbaycan kuboku yarışına yekun vurulub. 

QELEBE.AZ xəbər verir ki, "AHF Arena"da keçirilən final matçında "Bakı" və "Kür" qarşılaşıblar. 

Mingəçevir həndbolçuları fasiləyə 1 xal üstün yollanıblar - 11:10.

İkinci hissədə "Bakı" oyunda dönüş yaratmağa çalışsa da, istəyinə çatmayıb. Yekunda 20:19 hesabı ilə qalib gələn "Kür" ölkə kubokuna sahib çıxıb.