Argentina millisinin üzvü Bakıda keçirilən dünya çempionatının təşkilatçılığını yüksək qiymətləndirib
Argentina yığmasının üzvü Lusiano Monserrat Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının təşkilatçılığını yüksək qiymətləndirib.
Futbolçu bunu "QELEBE.AZ"a açıqlamasında deyib.
O, yarışın təşkilatçılığı barədə xoş sözlər səsləndirib:
"Hər şey çox yaxşı təşkil olunub. Bakı gözəl şəhərdir. Milli Gimnastika Arenası futbol oynamaq üçün əlverişlidir".
L.Monserrat mundialdakı çıxışlarına da toxunub:
"Son olaraq Gürcüstanla qarşılaşdıq. Əlbəttə, məğlub olmaq istəməzdik. Rəqib komandaların heyətlərinin əksəriyyəti peşəkar oyunçulardan qurulub. Bizdə isə elə futbolçu yoxdur. Dünya çempionatına gələrkən əsas hədəfimiz qrupdan çıxmaq idi".
Qeyd edək ki, Argentina yer aldığı G qrupunda Çexiyaya 1:2, Gürcüstana isə 1:6 hesabı ilə uduzub.

https://mail.qalaba.az//uploads/photo/argentina-millisinin-uzvu-bakida-kechirilen-dunya-chempionatinin-teshkilatchiligini-yuksek-qiymetlendirib.webp











