14 yaşadək voleybolçulardan ibarət Azərbaycan çempionatına yekun vurulub

14 yaşadək voleybolçulardan ibarət Azərbaycan çempionatına yekun vurulub

14 yaşadək (U-14) voleybolçulardan ibarət Azərbaycan çempionatına yekun vurulub.

“QELEBE.AZ” Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə istinadən xəbər verir ki həm qızların, həm də oğlanların mübarizəsində yarımfinal və final mərhələsinin oyunları keçirilib.

AVF-nin İdman zalıQızların yarımfinal oyunlarında “Azərreyl-2” klubu “Mingəçevir-1” komandasına, “Tovuz RVK” isə “Azərreyl-5”ə qalib gələrək finala vəsiqə qazanıblar.

Oğlanların mübarizəsində isə “Sumqayıt RVK” “Oğuz RVK”nı, “Daşkəsən” klubu isə “Naxçıvan”ı məğlub edərək finala yüksəliblər.

Qızların üçüncü yer uğrunda oyununda “Azərreyl-5“ klubu 3:2 hesabı ilə “Mingəçevir-1“i, oğlanların mübarizəsində isə “Naxçıvan“ “Oğuz RVK“nı (3:0) məğlub edərək yarışın bürünc medallarını qazanıblar.

Qızların finalında “Azərreyl-2” “Tovuz RVK”nı 3:0 hesabı ilə üstələyib. Oğlan voleybolçulardan ibarət yarışın finalında isə “Daşkəsən” komandası “Sumqayıt RVK”ya 3:2 hesabı ilə qalib gəlib.

Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə kubok və medallar təqdim olunub. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və Sumqayıt Regional Voleybol Klubunun rəhbəri Tariyel Alverdiyev təqdim ediblər.

Beləliklə, qızların birinciliyinin çempionu olan “Azərreyl-2”yə qızıl medal və kubok, “Tovuz RVK”ya gümüş, “Azərreyl-5” komandasına isə bürünc medallar təqdim edilib.

Həmçinin oğlan voleybolçular arasında yarışın qalibi olan “Daşkəsən”ə qızıl medal və kubok, “Sumqayıt RVK”ya gümüş, “Naxçıvan” komandasına isə bürünc medallar verilib.

Qeyd edək ki, sabah (26 may) AVF-nin İdman zalında 18 yaşadək voleybolçuların Azərbaycan birinciliyində (qızlar və oğlanlar) üçüncülük və final qarşılaşamaları, ardınca isə qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.

Komanda
Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub

Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Komanda
Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Komanda
Azərbaycan çempionu Almaniyanın III divizion klubuna keçib

Azərbaycan çempionu Almaniyanın III divizion klubuna keçib

Komanda
Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

Komanda
Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Komanda
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Komanda
Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər