28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçiriləcək
Mayın 28-də Müstəqillik Günü münasibətilə Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə velosiped yürüşü keçiriləcək.
Apasport.az xəbər verir ki, Veloyürüşə saat 11:00-da Veloparkdan (Şıxov) start veriləcək.
Yürüş iştirakçıları Velopark – Bibiheybət məscidi – Su İdmanı Sarayı – Dövlət Bayrağı Meydanı marşrutu üzrə 7 km məsafə qət edəcəklər.
Qeyd edək ki, tədbirdə iştirak sərbəstdir.

https://mail.qalaba.az//uploads/photo/28-may-musteqillik-gunune-hesr-olunmush-veloyurush-kechirilecek.webp