Çexiya millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında qrupu lider tamamlayıb
Çexiya millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yer aldığı qrupu lider tamamlayıb.
"QELEBE.AZ"un məlumatına görə, III turda Gürcüstan ilə qarşılaşan çexiyalılar heç-heçəyə (2:2) razılaşıblar.
Hər iki kollektiv G qrupunda 7 xala malik olsa da, əlavə göstəricələ görə üstün olan Çexiya qrupu birinci bitirib.
Komandalar növbəti mərhələyə adlayıblar.
3 xala malik Birləşmiş Ərəb Əmirlikləri yığması və 0 xalı olan Argentina mübarizəni dayandırıb.
Foto: Vüqar Xanlarov

https://mail.qalaba.az//uploads/photo/chexiya-millisi-bakida-kechirilen-minifutbol-uzre-dunya-chempionatinda-qrupu-lider-tamamlayib.webp











