Azərbaycan millisi 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala yüksəlib
Azərbaycanın 3x3 basketbol üzrə millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala yüksəlib.
"Report" xəbər verir ki, yığma qrupdakı ilk oyununda Niderlanda 13:19 hesabı ilə məğlub olub.
İkinci görüşdə komanda Çexiyanın "Praqa" klubuna 16:12 hesabı ilə qalib gələrək, qrup ikincisi kimi adını turnirin 1/4 final mərhələsinə yazdırıb.
Milli bu raundda C qrupunun lideri Latviya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, oyun mayın 27-də, saat 18:15-də başlayacaq.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-millisi-3x3-basketbol-uzre-dunya-qadin-seriyasinin-baki-merhelesinde-14-finala-yukselib.webp











