3x3 basketbol üzrə millimiz Latviya ilə üz-üzə gələcək
3x3 basketbol üzrə Azərbaycan millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində bu gün 1/4 final oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, yığma Latviya ilə üz-üzə gələcək.
Qarşılaşma saat 18:15-də start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün qrup mərhələsində Niderlanda 13:19 hesabı ilə uduzub, Çexiyanın "Praqa" klubuna qalib gəlib - 16:12.

https://mail.qalaba.az//uploads/photo/3x3-basketbol-uzre-millimiz-latviya-ile-uz-uze-gelecek.webp