“Traktor” baş məşqçisi ilə müqavilə yeniləyib

“Traktor” baş məşqçisi ilə müqavilə yeniləyib

Təbrizin "Traktor" klubu baş məşqçi Draqan Skoçiçlə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, tərəflər arasında razılaşmaya əsasən, mütəxəssisin sözləşməsi 2 il uzadılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Skoçiç 2024-cü ildən komandaya başçılıq edir.