İsrail minifutbol yığmasının baş məşqçisi: “Bakıdakı möhtəşəm mundialın bir hissəsi olmaq bizim üçün şərəfdir”

İsrail minifutbol yığmasının baş məşqçisi: “Bakıdakı möhtəşəm mundialın bir hissəsi olmaq bizim üçün şərəfdir”

İsrail minifutbol millisinin baş məşqçisi, eyni zamanda oyunçusu Yuval Şabtay Bakıda təşkil olunan dünya çempionatını FIFA-nın bayrağı altında keçirilən mundiallara bənzədib.

O, “Report”a açıqlamasında bu yarışda iştirak etmələrini özləri üçün şərəf hesab edib.

“Çətin oyun oldu. Çexiya bizdən daha yaxşı komanda idi. Oyunun sonuna qədər 0:4 hesabı ilə geridə idik. Azərbaycana təşkilatçılığa, xoş qarşılanmaya görə təşəkkür edirəm. Azərbaycan Minifutbol Federasiyası yarışı möhtəşəm təşkil edib. Deyərdim ki, FIFA-nın təşkil etdiyi dünya çempionatlarına bənzəyir. Bakını gəzirik, gözəl şəhərdir, insanları yaxşıdır. Bu möhtəşəm dünya çempionatının bir hissəsi olmaq bizim üçün şərəfdir”, - deyə futbolçu bildirib.

Y.Şabtay Azərbaycan millisinin dünya çempionatının qalibi olacağını düşünür:

“Düşünürəm ki, dünya çempionatının favoriti Azərbaycan yığmasıdır. Futbolçuların hər biri digər komandalarda yer alanlarla müqayisədə üstündürlər. Serbiyaya qarşı oynamağın da çətin olduğunu düşünürəm. Bütün komandaların şansı var, amma mən Azərbaycan millisinin çempion olacağını düşünürəm”.

Qeyd edək ki, İsrail yığması dünya çempionatının 1/8 finalında ötən gün Çexiyaya 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Futbol
İspaniya məhkəməsi Neymara bəraət verib

İspaniya məhkəməsi Neymara bəraət verib

Futbol
Azərbaycanlı futbolçu pley-off oyunları üçün Ukrayna millisinə çağırılıb

Azərbaycanlı futbolçu pley-off oyunları üçün Ukrayna millisinə çağırılıb

Futbol
Musa Qurbanlı Polşa klubuna keçə bilər

Musa Qurbanlı Polşa klubuna keçə bilər

Futbol
İlin ən yaxşı qadın futbolçusu müəyyənləşib

İlin ən yaxşı qadın futbolçusu müəyyənləşib

Futbol
"Zirə"nin legioneri: "Çempionatın səviyyəsi mənim üçün sürpriz oldu"

"Zirə"nin legioneri: "Çempionatın səviyyəsi mənim üçün sürpriz oldu"

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

Futbol
Slovakiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Slovakiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Futbol
“Səbail” 4 əcnəbi futbolçusu ilə yollarını ayırıb

“Səbail” 4 əcnəbi futbolçusu ilə yollarını ayırıb

Futbol
Kriştiano Ronaldo yeni klubu ilə 75 milyon dollarlıq müqavilə bağlayıb

Kriştiano Ronaldo yeni klubu ilə 75 milyon dollarlıq müqavilə bağlayıb

Futbol
Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Futbol
Kadi Borges: "İstənilən oyuna bu istəklə çıxırıq"

Kadi Borges: "İstənilən oyuna bu istəklə çıxırıq"

Futbol
DÇ-2026-nın formatı dəyişdirilə bilər

DÇ-2026-nın formatı dəyişdirilə bilər