Azərbaycan minifutbol yığmasının sabiq qapıçısı: "Yarımfinalda qarşılaşacağımız Monteneqroya həmişə qalib gəlmişik"

Azərbaycan minifutbol yığmasının sabiq qapıçısı: "Yarımfinalda qarşılaşacağımız Monteneqroya həmişə qalib gəlmişik"

Azərbaycan minifutbol yığmasının sabiq qapıçısı Davud Kərimi dünya çempionatının yarımfinal mərhələsində bu gün Monteneqro ilə keçiriləcək matçda şansları dəyərləndirib.

O, “Report”a açıqlamasında Monteneqronun qarşılaşmaya ciddi hazırlaşdığını bildirib.

Qapıçı Azərbaycan millisini favorit sayır:

“Monteneqro ilə əvvəllər keçirdiyimiz həm yoldaşlıq, həm də beynəlxalq yarışlardakı oyunlarda həmişə qalib gəlmişik. Bu il komanda həqiqətən dünya çempionatına ciddi hazırlaşıb. Çexiya kimi komandanı məğlub edib yarımfinala çıxıblar. Hansı ki, yarışda mənim fovoritlərim Serbiya və Çexiya milliləri idi. Bu kollektivlər bizə başağrı ola bilərlər. Şükürlər olsun ki, Monteneqro Çexiyanı məğlub etdi və işlər bizim üçün bir qədər asanlaşdı. 5 oyuna 1 qol buraxıblarsa, deməli, ciddi rəqibdirlər. Buna baxmayaraq, Azərbaycan millisini favorit sayıram və dünya çempionatının qalibi görürəm”.

O, Monteneqronun daha çox əks-hücumlara üstünlük verdiyini söyləyib:

“Monteneqro çox bərk komandadır. Qapılarının önündə təhlükəli vəziyyət yaradılmasına imkan vermirlər. Daha çox əks-hücumlara üstünlük verirlər. 9 nömrəli futbolçuları (Andrey Padera) çox yaxşı oynayır. Ona diqqət yetirsələr, yaxşı olar. Düşünürəm ki, millimizin məşqçilər heyəti də təhlillər aparıb və bu barədə futbolçulara məlumat verib. Ümid edirəm ki, rəqibi göz açmağa qoymarıq”.

D.Kərimi dünya çempionatında ən güclü rəqiblərdən birinin Serbiya olduğunu vurğulayıb:

“Yarımfinaldakı komandalar arasında ən güclülərdən biri Serbiya millisidir. Son Avropa çempionlarıdır, həqiqətən də çox yaxşı oynayırlar. 1/4 finalda Bosniya və Herseqovinaya 5 qol vurdular. Bu isə onların gücündən xəbər verir”.

Qeyd edək ki, Azərbaycan - Monteneqro matçı Milli Gimnastika Arenasında, saat 20:00-da start götürəcək.

Futbol
Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib

Futbol
DÇ-2022: İkinci 1/8 finalçı Braziliya olub

DÇ-2022: İkinci 1/8 finalçı Braziliya olub

Futbol
AFFA Samir Abasovun cəzasını yüngülləşdirib

AFFA Samir Abasovun cəzasını yüngülləşdirib

Futbol
Azərbaycan millisinin qapıçısı: "Hədəf qrupu ilk pillədə başa vurmaqdır"

Azərbaycan millisinin qapıçısı: "Hədəf qrupu ilk pillədə başa vurmaqdır"

Futbol
Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
"Mançester Yunayted" "Beşiktaş"ın hücumçusu ilə anlaşıb

"Mançester Yunayted" "Beşiktaş"ın hücumçusu ilə anlaşıb

Futbol
Murad Musayev: “Sabah”ın uğurlarının burada nə qədər çalışmağımla əlaqəsi yoxdur, klub təkcə məndən ibarət deyil”

Murad Musayev: “Sabah”ın uğurlarının burada nə qədər çalışmağımla əlaqəsi yoxdur, klub təkcə məndən ibarət deyil”

Futbol
Emin Mahmudov: "Meydanda vuruşmağa çalışacağıq"

Emin Mahmudov: "Meydanda vuruşmağa çalışacağıq"

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

Futbol
Çempionlar Liqası: Messi şəxsi rekordunu yeniləyib

Çempionlar Liqası: Messi şəxsi rekordunu yeniləyib

Futbol
DÇ-2022: Almaniya millisi üçün pul mükafatı açıqlanıb

DÇ-2022: Almaniya millisi üçün pul mükafatı açıqlanıb

Futbol
Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq