"Sabah"ın futbolçusu: "Avrokubokların qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik"
"Sabah"ın futbolçusu Xəyal Əliyev "Qarabağ"a qalib gəldikləri Azərbaycan Kubokunun final oyunu (3:2) ilə bağlı fikirlərini bölüşüb.
21 yaşlı vinger bu barədə "Report"a açıqlama verib.
O, qarşılaşmanın çətin keçdiyini bildirib:
"Bunu əvvəlcədən bilirdik. Amma yenə də mübarizə apardıq, qələbə qazandıq. Çox sevincliyik. "Sabah" üçün tarix yazdıq. Qalib gələcəyimizə inanırdıq. Final matçına çox yaxşı hazırlaşmışdıq. Ancaq bu görüşü düşünürdük".
X.Əliyev UEFA Avropa Liqasında yaxşı nəticə qazanmaq istədiklərini söyləyib:
"Avrokubokların qrup mərhələsinə vəsiqə qazanmaq niyyətindəyik. Bunun üçün var gücümüzlə çalışacağıq".

https://mail.qalaba.az//uploads/photo/sabahin-futbolchusu-avrokuboklarin-qrup-merhelesine-vesiqe-qazanmaq-isteyirik.webp











