Dünya Minifutbol Federasiyasının prezidenti: "Azərbaycan millisi yarandığı 8 il ərzində inanılmaz işlər görüb"

Dünya Minifutbol Federasiyasının prezidenti: "Azərbaycan millisi yarandığı 8 il ərzində inanılmaz işlər görüb"

Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda Azərbaycan Minifutbol Federasiyasının 8 il ərzində inanılmaz işlər gördüyünü bildirib.

Federasiya rəhbəri bunu "QELEBE.AZ"a açıqlamasında deyib.

O, Azərbaycanın minifutbol yığmasını Bakıda keçirilən dünya çempionatının qalibi olması münasibəti ilə təbrik edib:

"Dünya çempionluğu çox böyük idman hadisəsidir. Gördüyü işlərə görə Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovu təbrik edirəm. Onlar dünya kubokunu Bakıya gətirdilər və özlərində saxladılar. Dünya Minifutbol Federasiyası görülən işləri yüksək qiymətləndirir. Azərbaycan yığması yarandığı 8 il ərzində inanılmaz işlər görüb. 2022-ci ildə Avropa, 3 il sonra isə dünya çempionatının qalibi oldular. İlk dəfə Bakıya 2017-ci ildə gəldim və Azərbaycan Minifutbol Federasiyası Orxan Məmmədovun rəhbəliyi altında o gündən bu yana böyük işlər görüb".

F.Juda Milli Gimnastika Arenasında əsl final ab-havasının olduğunu və azarkeşlərin oyuna böyük maraq qatdığını söyləyib:

"Arenaya toplaşan azarkeşləri təbrik etmək lazımdır. Onlar öz komandalarına çox çılğıncasına dəstək olurdular. Bir sözlə, təşkilatçılıq möhtəşəm idi. Həqiqətən Azərbaycan bu yarışa çox ciddi hazırlaşmışdı".

Qeyd edək ki, Azərbaycan yığması finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək mundialın qalibi olub.

Futbol
Almaniya yığması İspaniyadan kömək istəyib

Almaniya yığması İspaniyadan kömək istəyib

Futbol
“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

Futbol
Premyer Liqa: "Sabah" qələbə qazanaraq "Qarabağ"la xal fərqini azaldıb

Premyer Liqa: "Sabah" qələbə qazanaraq "Qarabağ"la xal fərqini azaldıb

Futbol
Ralf Ranqnik: "Azərbaycan millisinə yuxarıdan aşağı baxmaq olmaz"

Ralf Ranqnik: "Azərbaycan millisinə yuxarıdan aşağı baxmaq olmaz"

Futbol
"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qalıb

"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qalıb

Futbol
Azərbaycanın FIFA referiləri növbəti dəfə təyinat alıb

Azərbaycanın FIFA referiləri növbəti dəfə təyinat alıb

Futbol
XXI əsrin təqvim illərində millidə ən çox qol vuran futbolçular açıqlanıb

XXI əsrin təqvim illərində millidə ən çox qol vuran futbolçular açıqlanıb

Futbol
Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük

Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük

Futbol
Avropa Liqası: Pley-offun püşkü atılıb

Avropa Liqası: Pley-offun püşkü atılıb

Futbol
İqor Ponomaryov: "Bu, hakimlərin yeganə mübahisəli qərarı deyildi"

İqor Ponomaryov: "Bu, hakimlərin yeganə mübahisəli qərarı deyildi"

Futbol
"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

Futbol
"Qarabağ"ın prezidenti: "Möhtəşəm oynadıq"

"Qarabağ"ın prezidenti: "Möhtəşəm oynadıq"