Millimiz Belarusla üz-üzə gələcək

Millimiz Belarusla üz-üzə gələcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşünü keçirəcək.

Apasport.az xəbər verir ki, U-21 səfərdə Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Baranoviçi şəhər stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qarşılaşma "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.