"Latsio"dan yeni transfer
"Latsio" heyətini yeni futbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, klub "Arsenal"ın futbolçusu Nunu Tavarişi transfer edib.
Bunu Roma təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Müdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Portuqaliyalı ötən mövsümü “Latsio”da icarə əsasında çıxış edib.
Qeyd edək ki, Tavariş karyerası ərzində “Benfika” (Portuqaliya), “Marsel” (Fransa) və “Nottinqem Forest” (İngiltərə) klublarında çıxış edib.

https://mail.qalaba.az//uploads/photo/quotlatsioquotdan-yeni-transfer.webp