Çexiya - İngiltərə matçını Elçin Məsiyev idarə edəcək
Azərbaycanın FIFA referisi Elçin Məsiyevin Slovakiyada 21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatında idarə edəcəyi ilk oyun bəlli olub.
Apasport.az xəbər verir ki, B qrupundakı Çexiya - İngiltərə matçını Məsiyev idarə edəcək.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək gösətərəcəklər. İtaliyalı Simone Sozza dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Çexiya - İngiltərə oyunu iyunun 12-də, Bakı vaxtilə saat 23:00-da start götürəcək.

https://mail.qalaba.az//uploads/photo/chexiya-ingiltere-matchini-elchin-mesiyev-idare-edecek.webp