MOK Azərbaycan idmançılarının geri qaytarılan medalları ilə bağlı Paris-2024-ün Təşkilat Komitəsindən konkret cavab almayıb

MOK Azərbaycan idmançılarının geri qaytarılan medalları ilə bağlı Paris-2024-ün Təşkilat Komitəsindən konkret cavab almayıb

Milli Olimpiya Komitəsi (MOK) Azərbaycan idmançılarının keyfiyyətini itirən və geri qaytarılan medalları ilə bağlı Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsindən konkret cavab almayıb.

"Report" xəbər verir ki, bunu MOK-un vitse-prezidenti Çingiz Hüseynov qurumun bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, Paris-2024-də verilən medalların dəyişdirilməsi ilə bağlı lazımi işləri gördüklərini bildirib:

"Proseslə bağlı lazımi işləri görmüşük. Bütün məlumatları Beynəlxalq Olimpiya Komitəsinə təqdim etmişik. Beynəlxalq Olimpiya Komitəsi bu məsələni Paris-2024-ün Təşkilat Komitəsinə yönəldib. Təşkilat Komitəsi, demək olar ki, artıq fəaliyyət göstərmir. Onun bəzi qurumları qalıb. İndi bu qurumlar məsələ ilə məşğuldurlar. Biz hələ konkret cavab almamışıq. Amma söz veriblər ki, bu məsələni həll edəcəklər".

Qeyd edək ki, Paris-2024-də mükafat qazanan 7 idmançımızdan beşinin medalında nəzərəçarpan dəyişiklik baş verib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedov (97 kq) istisna olmaqla, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.

Fərdi
AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

Fərdi
Azərbaycan güləşçisi erməni güləşçiyə qalib gələrək dünya 3-cüsü olub

Azərbaycan güləşçisi erməni güləşçiyə qalib gələrək dünya 3-cüsü olub

Fərdi
Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Fərdi
Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov sonuncu görüşlərini keçirəcək

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov sonuncu görüşlərini keçirəcək

Fərdi
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Fərdi
Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Fərdi
Azərbaycanın taekvondo yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın taekvondo yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Fərdi
Günay Məmmədzadə: "Vətənim adına ilkə imza atdığım üçün çox şadam"

Günay Məmmədzadə: "Vətənim adına ilkə imza atdığım üçün çox şadam"

Fərdi
Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Fərdi
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
Azərbaycan idmançılarının oktyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının oktyabr üçün reytinq cədvəli bəlli olub