Azərbaycanın basketbol millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək

Azərbaycanın basketbol millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək

Azərbaycanın oğlan basketbolçulardan ibarət U-18 millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək.

Bu barədə "QELEBE.AZ"a yığmanın baş məşqçisi Anar Sarıyev məlumat verib.

Mütəxəssis Avropa çempionatının B divizionunun oyunlarına ciddi hazırlaşdıqlarını bildirib:

"Avropa çempionatının startına hələ vaxt var. Məşqləri bir ay Bakıda davam etdirəcəyik. İyulun 12-də təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yola düşəcəyik. Yığma orada bir neçə yoxlama matçında qüvvəsini sınayacaq. Daha sonra Avropa çempionatında iştirak etmək üçün Rumıniyaya yollanacağıq".

A.Sarıyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən təlim-məşq toplanışının ilk mərhələsində güc topladıqlarını söyləyib:

"Gürcüstandakı hazırlıq pis keçmədi. Üstünlüyü yoxlama oyunlarına verdik. Çoxlu matçlar keçirmək istəyirdik ki, məşqlərdə qazandığımız təcrübəni görüşlərdə sərgiləyək. Heyətdə yer alan basketbolçuların əksəriyyəti ölkə çempionatında yetərincə forma şansı əldə etməyiblər. Ona görə istədim ki, hər biri meydançaya çıxsın və oyun təcrübəsi qazansın".

Qeyd edək ki, milli iyulun 25-dən avqustun 3-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunda mübarizə aparacaq. Yığma qitə birinciliyinin B qrupunda meydan sahibi komanda, Gürcüstan, Danimarka, Ukrayna və Portuqaliya seçmələri ilə qarşılaşacaq

Komanda
Azərbaycanın həndbol yığmasının baş məşqçisi Malta üzərində qələbəni şərh edib

Azərbaycanın həndbol yığmasının baş məşqçisi Malta üzərində qələbəni şərh edib

Komanda
Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Komanda
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Komanda
"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

Komanda
Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub

Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub

Komanda
Azərbaycan çempionu Almaniyanın III divizion klubuna keçib

Azərbaycan çempionu Almaniyanın III divizion klubuna keçib

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Komanda
Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Komanda
Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Komanda
Azərbaycan Basketbol Liqasında X tura start verilib

Azərbaycan Basketbol Liqasında X tura start verilib

Komanda
Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Komanda
"ABU Arena"nın adı dəyişdirilir

"ABU Arena"nın adı dəyişdirilir