“Qarabağ” “Zirə” ilə qarşılaşacaq
Azərbaycan çempionu "Qarabağ"ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqibi müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, komanda Bakıda təşkil olunacaq təlim-məşq toplanışında "Zirə" ilə qarşılaşacaq.
Matç iyunun 30-da keçiriləcək. Qarşılaşma "Azərsun Arena"da baş tutacaq.
Qeyd edək ki, iyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək "Qarabağ" növbəti mərhələdə Avstriyaya yollanacaq.

https://mail.qalaba.az//uploads/photo/qarabag-zire-ile-qarshilashacaq.webp