Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu açıqlanıb
Futbol üzrə Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Estoniyaya qarşı keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.
"QELEBE.AZ" Estoniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 2023-cü il oktyabrın 13-də Tallindəki "Le Kok Arena"da oynanılacaq.
Görüş Bakı vaxtı ilə saat Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, F qrupunda Azərbaycan və Estoniya yığmaları ilə yanaşı, Belçika və Avstriya kollektivləri də yer alıb. Canni de Byazinin rəhbərlik etdiyi milli komanda qrupda ilk oyununu martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-millisinin-estoniya-ile-sefer-oyununun-stadionu-achiqlanib.webp











