Namiq Abdullayev: Zona yarışlarında gələcəyin Avropa, dünya və olimpiya çempionları üzə çıxır

Namiq Abdullayev: Zona yarışlarında gələcəyin Avropa, dünya və olimpiya çempionları üzə çıxır

Tək yeniyetmələrimiz deyil, həm 23 yaşlılar, həm də böyüklərimiz bir neçə ildir Avropa çempionu titulunu qazanırlar.

"Report" xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev jurnalistlərə açıqlamasında deyib.

"Sevindirici haldır ki, bütün yaş kateqoriyaları üzrə qələbə qazanan idmançılarımız bayrağımızı yüksəyə qaldırır, beynəlxalq arenalarda Dövlət Himnini səsləndirirlər", - N.Abdullayev bildirib.

O, idmançıların Güləş Federasiyası tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb: "U-15 və U-17 sərbəst güləşçilər üçün Federasiya tərəfindən son illərdə hər bir şərait yaradılıb. Müxtəlif bölgələrdə beynəlxalq yarışlar üçün təlim-məşq toplantıları təşkil olunub. Nailiyyətlər isə göz qabağındadır".

N.Abdullayev qeyd edib ki, son 4 ildə 15 yaşlıların zona yarışları keçirilir: "Ölkə çempionu olan idmançılar Gənclər və İdman Nazirliyi tərəfindən Avropa çempionatında iştirak etmək üçün seçilir. Məhz bu yarışlarda gələcəyin Avropa, dünya və olimpiya çempionları üzə çıxır".

Komitə üzvü yüksək nəticə göstərən güləşçiləri təbrik edərək, onlara gələcək yarışlarda uğurlar arzulayıb və dünya çempionatında da eyni nəticəni əldə edəcəklərinə əmin olduğunu söyləyib.

Qeyd edək ki, Azərbaycanın yeniyetmələrdən ibarət sərbəst güləş millisi Avropa çempionu olub. Azərbaycan yığması qitə birinciliyində uğurlu cıxış edərək 6 medal qazanıb. Məsul yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edilib. Bu nəticə ilə 151 xal toplayan millimiz növbəti dəfə Avropa çempionu olub. Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qızıl, Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

Fərdi
Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

Fərdi
Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Fərdi
Sadio Mane dünya çempionatında oynamayacaq

Sadio Mane dünya çempionatında oynamayacaq

Fərdi
“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də təmsil olunur

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də təmsil olunur

Fərdi
Gənclər və idman naziri: “Ölkə klublarının marketinq siyasətində müəyyən dəyişikliklər olmalıdır”

Gənclər və idman naziri: “Ölkə klublarının marketinq siyasətində müəyyən dəyişikliklər olmalıdır”

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Fərdi
Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı açıqlanıb

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı açıqlanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Fərdi
"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

Fərdi
Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb