13 yaşlı şahmatçının məşqçisi: "Xaqan Əhməd onlayn yarışlarda Karuananı, iki dəfə isə Karlseni məğlub edib"

13 yaşlı şahmatçının məşqçisi: "Xaqan Əhməd onlayn yarışlarda Karuananı, iki dəfə isə Karlseni məğlub edib"

Azərbaycanlı şahmatçı Xaqan Əhmədin dünya reytinqində ikinci olan Hikaru Nakamuranı məğlub etməsi sevindirici və yaddaqalan qələbədir.

Bunu "QELEBE.AZ"a 13 yaşlı şahmatçının məşqçisi Rəsul İbrahimov deyib.

O, iti zəka sahibinin İngiltərənin paytaxtı Londonda keçirilmiş komandalar arasında rapid üzrə dünya çempionatında ABŞ-li qrossmeysteri məğlub etməsi ilə bağlı fikirlərini bölüşüb:

"Bu, sevindirici və yaddaqalan qələbədir. "Chess.com" portalında ənənəvi olaraq hər həftə turnirlər keçirilir. Xaqan Əhmədin də burada təcrübəsi var. Bu turnirləri buraxmamağa çalışır. Hətta onlayn yarışlarda Fabiano Karuananı (ABŞ), iki dəfə isə Maqnus Karlseni (Norveç) məğlub edib. Amma onlayn turnirlər yarıciddi sayılır. Hər halda, orada istər-istərməz fikirlər yarana bilər ki, kimsə elektron vasitələrdən istifad edir. Amma canlı şahmat tamam başqadır".

R.İbrahimov Xaqanın məşhur şahmatçılarla bir yarışda oynamasının o qədər də əlçatan olmadığını söyləyib:

"Fürsətdən istifadə edib “Türk Hava Yolları” komandasına təşəkkür edirəm. Belə bir şərait yaratdıqları üçün onlara minnətdarıq. Bu, təcrübə baxımından şahmatçı üçün çox faydalıdır. Amma qazanılan qələbə tamam başqa sevincdir. Nakamuraya qalib gəlməsi gözlənilməz idi. O, bilts ustası kimi tanınır. Onlayn olsa da, Xaqanın bu şahmatçılarla oynamaq təcrübəsi var".

O, Xaqan Əhmədin perspektivi barədə də danışıb:

"İstedadlı uşaqdır. Perspektivi var. Azərbaycan Şahmat Federasiyasının da nəzarətindədir. Amma onun istedadının sürətlə üzə çıxması üçün mütləq sponsor dəstəyinə ehtiyac var. Bu olmasa, yüksəklərə qalxmaq çətindir".

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Fərdi
Federer karyerasını məğlubiyyətlə başa vurub

Federer karyerasını məğlubiyyətlə başa vurub

Fərdi
Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Fərdi
İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib

İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib

Fərdi
Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Fərdi
Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Fərdi
Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Fərdi
UFC çempionluq kəmərinin yeni sahibi məlum olub

UFC çempionluq kəmərinin yeni sahibi məlum olub

Fərdi
Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna satılmış biletlərin sayı açıqlanıb

Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna satılmış biletlərin sayı açıqlanıb

Fərdi
Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaq

Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaq

Fərdi
Dörd olimpiadanın iştirakçısı Bakıda seminar keçib

Dörd olimpiadanın iştirakçısı Bakıda seminar keçib

Fərdi
2036-cı ildə keçiriləcək olimpiada üçün müraciət edən ölkələrin sayı açıqlanıb

2036-cı ildə keçiriləcək olimpiada üçün müraciət edən ölkələrin sayı açıqlanıb