“Səbail”in icraçı direktoru: "I Liqadakı büdcə ilə akademiyanın fəaliyyət göstərməsi mümkünsüzdür" - MÜSAHİBƏ

“Səbail”in icraçı direktoru: "I Liqadakı büdcə ilə akademiyanın fəaliyyət göstərməsi mümkünsüzdür" - MÜSAHİBƏ

“Səbail” Futbol Klubunun icraçı direktoru Firuz Abdulla "QELEBE.AZ"un suallarını cavablandırıb. Funksioner "dənizçilər"in 2025/2026 mövsümündə I Liqadakı hədəflərindən və gələcək planlardan söz açıb.

- I Liqada yeni mövsümə hazırlıqlar necə keçir?

- Hazırlıq özündə bir çox mətləbləri ehtiva edən ifadədir. Ümumi yanaşsaq, hazırlığa artıq başlamışıq. Növbəti mövsüm komandamızın uğurlu nəticə qazanmasına töhfə verə biləcək futbolçularla bağlı fikir mübadiləsi aparılır. Məşqlərimizin hansı tarixdə başlayacağı ilə bağlı yaxın günlərdə qərar verəcəyik.

- Komanda aşağı dəstədə ev oyunlarını hansı arenada keçirəcək?

- Bilirsiniz ki, növbəti mövsüm üçün “Səbail” müvafiq qaydada Premyer Liqa lisenziyası alıb. Lakin çempionatı sonuncu pillədə başa vurduğumuz üçün I Liqada çıxış edəcəyik. Lisenziyalaşdırma prosesində komandamızın oyunlarını keçirəcəyi stadion kimi “ASCO Arena”nı göstərmişik. Heç kimə sirr deyil ki, “Səbail” təsis olunduğu gündən etibarən həm I Liqada, həm də Premyer Liqada bütün ev oyunlarını “ASCO Arena”da keçirib və bu gün də məkan dəyişikliyi ilə bağlı bir əsas görmürük. Qalır müəyyən texniki sualların həlli, bununla bağlı da AFFA-dan müsbət cavab alacağımıza inanırıq.

- Heyətlə bağlı hansı yeniliklər gözlənilir. Növbəti mövsüm üçün heyətdə yer alan hansısa oyunçu ilə anlaşa bilmisiniz?

- Bir neçə futbolçu ilə danışıqlar apararaq təkliflərimizi vermişik. Müsbət cavablandıranlar da var, düşünmək üşün vaxt istəyənlər də. Anlaşdığımız və razılıq əldə etməyə yaxın olduğumuz futbolçular var. Uyğun zamanda transferlərlə bağlı ictimaiyyətə məlumat veriləcək.

- "Səbail" klubunun akademiyasının taleyi necə olacaq? I Liqada büdcə az olduğu üçün akademiyanın fəaliyyətini dayandırmaq ehtimalı var?

- Təəssüf ki, I Liqada malik olduğumuz büdcə ilə akademyinanın fəaliyyət göstərməsi çox çətin, hətta daha dəqiq ifadə etsək, mümkünsüzdür. Premyer Liqaya dönüşümüzü təmin edə bilsək, yenidən akademiyanın fəaliyyət göstərməsi ilə bağlı planlarımız var.

- Ardıcıl iki mövsüm Premyer Liqadan düşən klublar geri qayıda biliblər. "Səbail" də bunu bacara biləcək?

- Təbii ki, hədəf və məqsəd ölkə çempionatının elitasına dönməkdir. Bu nəticə uğrunda mübarizə aparacağıq. Futbol proqnoz sevən idman növü deyil, bu baxımdan növbəti ilin mayında I Liqanın turnir cədvəlində komandaların hansı ardıcıllıqla düzüləcəyini indidən söyləmək çox çətindir. Amma ümidvarıq ki, turnir cədvəlində əlifba sırası “Səbail”in “S”-i ilə pozulacaq.

Futbol
DÇ-2022: Cənubi Koreya və Portuqaliyanın ilk “11-lik”ləri açıqlanıb

DÇ-2022: Cənubi Koreya və Portuqaliyanın ilk “11-lik”ləri açıqlanıb

Futbol
Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Futbol
XXI əsrin üçüncü onilliyinin bombardirləri açıqlanıb

XXI əsrin üçüncü onilliyinin bombardirləri açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"ə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"ə qalib gəlib

Futbol
Abdullah Zubir: "İnanmıram ki, Qurban Qurbanovun mənim fikirlərimə ehtiyacı olsun"

Abdullah Zubir: "İnanmıram ki, Qurban Qurbanovun mənim fikirlərimə ehtiyacı olsun"

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçularda qəzəb var"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçularda qəzəb var"

Futbol
Usseynu Ba: "Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

Usseynu Ba: "Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

Futbol
Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Futbol
Tanınmış futbolçu onkoloji xəstəlikdən vəfat edib

Tanınmış futbolçu onkoloji xəstəlikdən vəfat edib

Futbol
AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

Futbol
UEFA Emre Belözoğlunu cəzalandırıb

UEFA Emre Belözoğlunu cəzalandırıb

Futbol
Varan Danimarka ilə oyuna hazırdır

Varan Danimarka ilə oyuna hazırdır