Azərbaycan millisi 1/8 finalda Almaniya ilə üz-üzə gələcək
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün qarışıq komanda yarışlarına start veriləcək.
QELEBE.AZ xəbər verir ki, Azərbaycan millisi 1/8 finalda Almaniya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan cüdoçuları dünya çempionatının fərdi yarışlarını 3 bürünc medalla başa vurublar. Milli üzvlərindən Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-millisi-18-finalda-almaniya-ile-uz-uze-gelecek.webp