Azərbaycan Güləş Federasiyası Aslan Abakarovun 3 illik diskvalifikasiya olunmasına münasibət bildirib

Azərbaycan Güləş Federasiyası Aslan Abakarovun 3 illik diskvalifikasiya olunmasına münasibət bildirib

Dopinqə görə 3 illik diskvalifikasiya olunan Azərbaycan güləşçisi Aslan Abakarov həkimlə məsləhətləşmədən dərman qəbul edib.

Bu barədə “QELEBE.AZ”a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İdmançının 2024-cü ildə təşkil olunan Azərbaycan çempionatından sonra verdiyi dopinq testin nəticələrinin müsbət çıxdığı bildirilib:

“O, 2024-cü ildə Bakı İdman Sarayında keçirilmiş sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında 97 kq çəki dərəcəsində sərbəst güləşdə bürünc medal qazanıb. Həmin yarışdan sonra AMADA-nın əməkdaşları bütün idmançılardan, o cümlədən Aslan Abakarovdan test nümunəsi götürüb. Həmin dopinq test müsbət nəticələnmişdi. İdmançının apellyasiya şikayətinə baxmayaraq, göstərilən səbəblər qəbul edilmədiyi üçün diskvalifikasiyaya məruz qalıb. İdmançı belə əsaslandırır ki, xəstələndiyi üçün Rusiyada həkimin yazdığı reseptə uyğun olaraq dərman alıb. Lakin dərmanın tərkibində dopinq olduğunu bilməyib. Nəticədə dopinq testi müsbət çıxıb.

Əslində isə hər bir milli üzvü istənilən dərmanı qəbul etməmişdən əvvəl bu barədə yığmanın həkiminə bildirməlidir. Həkimlə məsləhətləşdikdən sonra icazə verilərsə, dərmanı qəbul edə bilər. Ancaq Aslan həkimlə məsləhətləşmədən dərman qəbul edib. Bizdə demək olar hər il AMADA ilə əməkdaşlıq çərçivəsində seminarlar keçirilir. Çünki dopinq siyahısı hər dəfə genişlənir, yeni maddələr əlavə olunur, qadağan olunmuş dərmanlar göstərilir. İdmançılar təlimatlandırılır. Qaydalara əməl etməyənlər belə problemlərlə üzləşirlər. Sevindirici haldır ki, son illərdə millinin heç bir aparıcı üzvü dopinq problemi ilə üzləşməyib. Hər bir idmançıya dərman qəbul edərkən yığmanın həkimi ilə məsləhətləşməsinin vacibliyi bildirilib”.

Qeyd edək ki, Aslan Abakarov nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu və idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdinə görə 36 aylıq cəzalanıb. Fevralın 7-də tətbiq edilən sanksiyanın müddəti 2028-ci il fevralın 7-də başa çatacaq.

Fərdi
"Formula 1": Monako Qran-prisi ilə müqavilə yenilənib

"Formula 1": Monako Qran-prisi ilə müqavilə yenilənib

Fərdi
Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”

Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

Fərdi
Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Fərdi
"Mingəçevir Reqatası": İkinci günün qalibləri müəyyənləşib

"Mingəçevir Reqatası": İkinci günün qalibləri müəyyənləşib

Fərdi
Rövşən Rüstəmov: "Qızıla bərabər gümüş medal qazanmağımız ciddi uğurdur"

Rövşən Rüstəmov: "Qızıla bərabər gümüş medal qazanmağımız ciddi uğurdur"

Fərdi
Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar

Fərdi
Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Fərdi
Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Fərdi
Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

Fərdi
AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

Fərdi
Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb

Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb