Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) nümayəndə heyəti İrlandiyanın Kerri şəhərində təşkil olunan 25-ci Beynəlxalq Uyğunlaşdırılmış Fiziki Fəaliyyət Simpoziumunda (ISAPA 2025) iştirak edib.

"QELEBE.AZ" MPK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 ölkədən 500 nəfərdən çox iştirakçının qatıldığı simpoziumda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsini Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım və mətbuat katibi Fərid Qarazadə təmsil edib.

Adaptiv fiziki fəaliyyət və inklüziv bədən tərbiyəsi sahəsində ən nüfuzlu tədbir hesab olunan simpoziumda Əşrəf Qasım tərəfindən ARMPK-nın təqdimatı olub. Təqdimatda Komitənin ümumi fəaliyyəti və görülən işlər barədə məlumat verilib. Həmçinin Çin, Kanada, İrlandiya, Bəhreyn Krallığı və Cənubi Koreya paralimpiya komitələrinin rəhbərliyi ilə görüşlər keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Simpoziumun keçirilmə məqsədi adaptiv fiziki fəaliyyət təcrübələrinin inkişafını təşviq etmək, bu sahədə fəaliyyət göstərən qurumların və elm adamlarının bilik mübadiləsini təmin etməkdir.

Qeyd edək ki, iki ildən bir keçirilən simpozium UNESKO-nun dəstəyi ilə təşkil edilir və onun beynəlxalq əməkdaşlığa və inklüziv idmana sadiqliyini vurğulayır.

Fərdi
Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşüb

Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşüb

Fərdi
Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub

Fərdi
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Fərdi
"İlin idman yekunları": Qaliblər açıqlanır

"İlin idman yekunları": Qaliblər açıqlanır

Fərdi
Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Fərdi
Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Fərdi
Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Fərdi
Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Fərdi
Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Fərdi
Dünya çempionatının gümüş medalçısı qətlə yetirilib

Dünya çempionatının gümüş medalçısı qətlə yetirilib