ABŞ idmançısı Bakıda Rusiya təmsilçisinə qalib gəlib
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.
"QELEBE.AZ"un məlumatına görə, Körtis Bleyds (ABŞ) Rizvan Kuniyevlə (Rusiya) üz-üzə gəlib.
Ağır çəkidəki qarşılaşma ABŞ təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb.
“UFC Fight Night”ın əsas döyüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.
Azərbaycan idmançılarından Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə qarşılaşacaq.
Nazim Sadıxov braziliyalı Nikolas Mottaya qalib gəlib, Tofis Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.

https://mail.qalaba.az//uploads/photo/absh-idmanchisi-bakida-rusiya-temsilchisine-qalib-gelib.webp











