DÇ: “Yuventus”dan darmadağın, “Real” “Paçuka”ya qarşı - YENİLƏNİR
Bu gün Klublararası Dünya Çempionatında qrup mərhələsinin ikinci turuna yekun vurulacaq.
Apasport.az xəbər verir ki, günün ilk görüşündə G qrupunda “Yuventus” “Vidad”la qarşılaşıb.
Türkiyə millisinin üzvü Kenan Yıldızın ulduzlaşdığı oyunda Turin təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın edib. 20 yaşlı forvard bu matçda iki qolla yadda qalıb.
Qrupun digər matçında “Mançester Siti” “Əl Əyn”lə üz-üzə gələcək.
H qrupunda “Real” “Paçuka”nı, “Zalsburq” isə “Əl Hilal”ı sınağa çəkəcək.
Klublararası Dünya Çempionatı
Qrup mərhələsi, II tur
G qrupu
20:00 Yuventus – Vidad 4:1
05:00 Mançester Siti – Əl Əyn
Xal durumu: Yuventus – 6, Mançester Siti – 3, Vidad – 0, Əl Əyn – 0
H qrupu
23:00 Real – Paçuka
02:00 Zalsburq – Əl Hilal
Xal durumu: Zalsburq – 3, Əl Hilal – 1, Real – 1, Paçuka – 0

https://mail.qalaba.az//uploads/photo/dch-yuventusdan-darmadagin-real-pachukaya-qarshi-yenilenir.webp