"Neftçi"nin baş məşqçisi: "Püşkatma zamanı Türkiyə klubunun adını görəndə həyəcanlandım"

"Neftçi"nin baş məşqçisi: "Püşkatma zamanı Türkiyə klubunun adını görəndə həyəcanlandım"

"Neftçi"nin qadın futbolçulardan ibarət komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları rəqibi dəyərləndirib.

Mütəxəssis bu barədə "Report"a açıqlama verib.

O, 2022/2023 mövsümündə baş məşqçi kimi Türkiyə çempionluğu yaşadığı "Fomget" klubuna rəqib olduqları üçün qəribə hisslər keçirdiyini söyləyib:

"Hiss edirdim ki, rəqibimiz əvvəllər çalışdırdığım və baş məşqçisi kimi çempionluq sevinci yaşadığım "Fomget" komandası olacaq. Klubun idman direktoru Doğan Kaya ilə hələ də münasibətimiz davam edir. Söhbət əsnasında bir-birimizə rəqib olmaq şanslarımızı dəyərləndirirdik. Püşkatma zamanı "Fomget"in adını görəndə həyəcanlandım. Vaxt var idi, bu kollektivin uğurları üçün çalışırdım. İndi onlara rəqib olacağam. Rəqibi güclü komanda adlandırardım. Son illər qadın futboluna ciddi yatırımlar edirlər. Vaxtilə Türkiyə Superliqasında mübarizə aparmış "Osmanlıspor"un stadionu artıq "Fomget"in ixtiyarındadır. "Neftçi"nin əsas komandasının heyətində yer alan Edvin Kuçun bacısı Vissa Kuç da bu klubda çıxış edir. Son vaxtlar yaxşı transferlər həyata keçiriblər. İnanıram ki, bu rəqibə qarşı layiqli mübarizə aparacağıq. Məqsədimiz qalib gəlməkdir. Ümid edirəm ki, sonda II təsnifat mərhələsinə yüksələn tərəf biz olacağıq. Türkiyə komandasına qalib gəlsək, qarşıda bizi İsrail təmsilçisi "Kiryat"la çətin matç gözləyəcək. Hazırda "Fomget"in baş məşqçisi istefa verib və bu post boşdur".

S.Əsgərov IV qrupun oyunlarının Türkiyədə keçirilmə ehtimalının böyük olduğunu vurğulayıb:

"Yəqin ki, görüşlər Ankara şəhərində keçiriləcək. Çünki onlar bu məsələdə çox istəklidirlər. Hətta püşkatma mərasimində klubun prezidenti Yalçın Dəmirkol şəxsən iştirak edib. Üstəlik, onların stadionları belə görüşlər üçün daha əlverişli hesab olunur. Bu səbəbdən düşünürəm ki, qarşılaşmalar Ankarada baş tutacaq".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. "Neftçi" yarımfinalda Türkiyə klubunu yenəcəyi təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə qələbə qazanan tərəf isə II təsnifat mərhələsinə vəsiqə qazanacaq.

IV qrupun oyunları Türkiyə, İsrail və ya Azərbaycanda keçiriləcək ki, bu da tərəflər arasında razılşamaya əsasən müəyyənləşəcək. I təsnifat mərhələsinin yarımfinal matçları iyulun 30-da, final görüşləri isə avqustun 3-də keçiriləcək.

Futbol
“Şamaxı”nın baş məşqçisi: “Heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar”

“Şamaxı”nın baş məşqçisi: “Heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar”

Futbol
Laurentsiu Regekampf: “Bugünkü məqsədimiz bu deyildi”

Laurentsiu Regekampf: “Bugünkü məqsədimiz bu deyildi”

Futbol
FIFA prezidenti: "Özümü ərəb, afrikalı, əlil və miqrant kimi hiss edirəm"

FIFA prezidenti: "Özümü ərəb, afrikalı, əlil və miqrant kimi hiss edirəm"

Futbol
"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

Futbol
Türkiyə klubu 42 yaşlı futbolçu ilə yeni müqavilə imzalayacaq

Türkiyə klubu 42 yaşlı futbolçu ilə yeni müqavilə imzalayacaq

Futbol
"Neftçi"nin legioneri "Qəbələ" ilə oyunda zədələnib

"Neftçi"nin legioneri "Qəbələ" ilə oyunda zədələnib

Futbol
İngiltərə Premyer Liqasında VAR hakimlərinin 6 səhvi aşkarlanıb

İngiltərə Premyer Liqasında VAR hakimlərinin 6 səhvi aşkarlanıb

Futbol
Avropa Liqası: Daha bir komanda 1/8 finala vəsiqə qazanıb

Avropa Liqası: Daha bir komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

Futbol
Konfrans Liqasının püşkü atılıb

Konfrans Liqasının püşkü atılıb

Futbol
Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"

Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"

Futbol
İngiltərə çempionatının oyunları II Elizabetin ölümünə görə təxirə salınıb

İngiltərə çempionatının oyunları II Elizabetin ölümünə görə təxirə salınıb